Azərbaycanın yeniyetmə cüdoçuları Tunisdə 15 medal qazanıb

Azərbaycanın yeniyetmə cüdoçuları Tunisdə 15 medal qazanıb Bakı. 22 aprel. REPORT.AZ/ Tunisdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib.
Fərdi
22 Aprel , 2018 16:02
Azərbaycanın yeniyetmə cüdoçuları Tunisdə 15 medal qazanıb

Bakı. 22 aprel. REPORT.AZ/ Tunisdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarış bu ilin oktyabrında Argentinada baş tutacaq yeniyetmələrin Olimpiadasına lisenziya xalları verir.

Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 5 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar. Vüsalə Kərimova (44 kq), Aytac Qardaşxanlı (48 kq), Mirağa Hacıyev (50 kq), Vüqar Talıbov (66 kq), Yaqub İsmayılzadə (90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Səbinə Əliyeva (48 kq), Ülviyyə Bayramova (52 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), İbrahim Ağakişiyev (81 kq), Toğrul Salmanov (+90 kq) gümüş, Fəridə Səfərova (52 kq), Zaməddin Poladov, Nəriman Mirzəyev ( hər ikisi 60 kq) və Hacıbala Cəbrayılov (73 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi