Yuxarı

​Azərbaycanın uşu üzrə milli komandası Avropa çempionatında 5 medal qazanıb

Medallardan 3-ü qızıl, 2-si isə bürüncdür

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycanın Uşu üzrə milli komandası Bolqarıstanın Stara Zaqoria şəhərində keçirilən Avropa çempionatında 5 medal qazanıb. "Report"un məlumatına görə, medallardan 3-ü qızıl, 2-si isə bürüncdür.

56 kq çəkidə Elçin Eminov üçüncü dəfə Avropa çempionu adını qazanıb. Kişilərin yarışında 80 kq-da Eldar Əlizadə, gənclərdən isə Nicat Cabbarov 65 kq çəkidə fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Bürünc medallar isə gənclər arasında 52 kq-da Vamiq Qarayev və böyüklər arasında Qiyas Şahmərdanovun (60 kq) adına yazılıb.

Qeyd edək ki, mayın 16-dan start götürən Avropa çempionatına sabah yekun vurulacaq. Milli komanda mayın 24-də Bakıya qayıdacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi