Azərbaycanın hər 3 cüdoçusu dünya çempionatında mübarizəni dayandırıb - YENİLƏNİB-2

Azərbaycanın hər 3 cüdoçusu dünya çempionatında mübarizəni dayandırıb - YENİLƏNİB-2 Nəzakət Əzizova 1/16 finalda uduzub
Fərdi
29 Avqust , 2017 14:24
Azərbaycanın hər 3 cüdoçusu dünya çempionatında mübarizəni dayandırıb - YENİLƏNİB-2

Bakı. 29 avqust. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün tatamiyə çıxan Azərbaycanın hər üç cüdoçusu mübarizəni dayandırıb. 

"Report"un məlumatına görə, qadınların yarışında Nəzakət Əzizova (52 kq) 1/16 finalda kosovalı Distria Krasniqiyə 1 dəqiqə 16 saniyəyə boğucu fəndlə uduzub. Bu, Əzizovanın ikinci görüşünə təsadüf edib. 

Eyni çəkidəki digər qadın cüdoçu Buyanxişiq Purevsuren və kişilərin yarışında isə 66 kq çəkidə çıxış edən Nicat Şıxəlizadə isə 1/32 finala təsadüf edən ilk görüşdəcə yeniliblər. 

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yalnız finalda yaponiyalı dünya və Asiya çempionu Naohişa Takatoya məğlub olaraq gümüş medal qazanıb. 48 kq çəki dərəcəsindəki Azərbaycanın qadın cüdoçuları Leyla  Əliyeva və Bazarraqça Erdenebat isə ilk görüşdə uduzaraq mübarizəni dayandırıblar.


Azərbaycanın cüdoçusu Nəzakət Əzizova Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatına qələbə ilə başlayıb. 

"Report"un məlumatına görə, qadınların yarışında 52 kq çəki dərəcəsində mübarizə aparan N.Əzizova ilk görüşündə mərakeşli İkram Sukateni 52 saniyəyə ipponla məğlub edib. O, 1/16 finalda kosovalı Distria Krasniqi ilə qarşılaşacaq. 

Azərbaycanın eyni çəkidəki digər qadın cüdoçusu Buyanxişiq Purevsuren 1/32 finalda rusiyalı olimpiya və dünya mükafatçısı Natalya Kuzyutinaya ipponla məğlub olub. Onların görüşü 2 dəqiqə 54 saniyə davam edb.

Kişilərin yarışında isə 66 kq çəkidə çıxış edən Nicat Şıxəlizadə 1/32 finalda qazaxıstanlı Yeldos Jumaxanova 3 dəqiqə 10 saniyəyə ipponla məğlub olub. 


*** 10:14

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün daha 2 çəki dərəcəsində mübarizə gedəcək. 

"Report" xəbər verir ki, ikinci yarış günündə qadınlar 52 kq, kişilər isə 66 kq çəkidə qüvvələrini sınayacaqlar. Qadınların yarışında Azərbaycanı Buyanxişiq Purevsurenlə Nəzakət Əzizova, kişilər arasında isə Nicat Şıxəlizadə təmsil edəcək.

Kişilər

66 kq

1/32 final. Nicat Şıxəlizadə - Yeldos Jumaxanov (Qazaxıstan)

Qadınlar

52 kq

1/32 final. Buyanxişiq Purevsuren - Natalya Kuzyutina (Rusiya)

1/32 final. Nəzakət Əzizova - İkram Sukate (Mərakeş)

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, yarımfinal, bürünc medal və final qarşılaşmaları saat 18:00-da başlanacaq.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yalnız finalda yaponiyalı dünya və Asiya çempionu Naohişa Takatoya məğlub olaraq gümüş medal qazanıb. 48 kq çəki dərəcəsində yarışan Azərbaycanın qadın cüdoçuları Leyla Əliyeva və Bazarraqça Erdenebat isə ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.

Son xəbərlər

Orphus sistemi