Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar
Fərdi
- 25 iyul, 2024
- 10:03
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli növbəti təlim-məşq toplanışlarına qatılacaqlar.
"Report" Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli üzvləri bu məqsədlə əvvəlcə Çinə yollanıblar.
Onlar avqustun 12-dək baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Şanxay şəhərinin stolüstü tennis mərkəzində toplanışda olacaqlar. İdmançılar daha sonra qitənin ən istedadlı stolüstü tennisçiləri üçün Strasburqda təşkil ediləcək “Eurotalents” təlim-məşqlərinə qatılacaq.
Qeyd edək ki, bu toplanışlar 2011-ci il təvəllüdlü və daha kiçik yaşlıların avqustun 23-dən 25-dək Fransanın Şiltiqheym şəhərində keçiriləcək “Euro Mini Champs” yarışına hazırlıq məqsədi daşıyır.
Son xəbərlər
19:50
Foto
Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibləri mükafatlandırılıb - YENİLƏNİB
Futbol19:45
SOCAR komandasının baş məşqçisi: "Böyükhesablı qələbə bizim üçün də sürpriz oldu"
Futbol19:44
ABŞ İraqın neft nazirinin müavininə sanksiyalar tətbiq edib
Digər ölkələr19:33
Hicran Nəsirova: Yaradıcılığıma göstərilən bu etimada görə ölkə başçısına minnətdaram
Mədəniyyət siyasəti19:27
Rəşad Nəbiyev və Anaklaudiya Rossbax WUF13-ə hazırlığı müzakirə ediblər
İnfrastruktur19:21
Foto
Rumen Radev Bolqarıstan hökumətini formalaşdırmaq üçün mandat alıb
Digər ölkələr19:13
Ukrayna ordusu "Kaspiysk" ərazisində "Karakurt" raket gəmisinə zərbə endirib
Digər ölkələr19:02
Foto
QH Parlament Şəbəkəsi ilə Aralıq Dənizi PA arasında Anlaşma Memorandumu imzalanıb
Xarici siyasət19:02