Azərbaycanın qrup hərəkətləri komandası Almaniyada daha iki medal qazanıb

Fərdi
  • 06 mart, 2023
  • 06:21
Azərbaycanın qrup hərəkətləri komandası Almaniyada daha iki medal qazanıb

Azərbaycanın bədii gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandası Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən beynəlxalq turnirdə daha iki gümüş medal qazanıb.

"Report" xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı kollektiv 5 top və 5 iplə hərəkətlərin icrasına görə ikinci yeri tutub.

Qeyd edək ki, bu, qrup hərəkətləri komandasının sözügedən turnirdə sayca 3-cü gümüş medalı olub.