Azərbaycanın qadın güləşi üzrə yığmasının Dünya Kuboku üçün heyəti açıqlanıb

Azərbaycanın qadın güləşi üzrə yığmasının Dünya Kuboku üçün heyəti açıqlanıb Bir çəki dərəcəsində ölkəni heç kim təmsil etməyəcək
Fərdi
29 Noyabr , 2017 10:53
Azərbaycanın qadın güləşi üzrə yığmasının Dünya Kuboku üçün heyəti açıqlanıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Dekabrın 1-də Rusiyanın Çeboksarı şəhərində start götürəcək qadın güləşi üzrə Dünya Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. 

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iki gün davam edəcək yarışda 7 pəhləvan mübarizə aparacaq. 

Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) çıxış edəcək. Yalnız 75 kq çəki dərəcəsində heç kim olmayacaq. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Çin, Ukrayna və Monqolustan komandaları ilə B qrupunda mübarizə aparacaq. A qrupunda isə Rusiya, ABŞ, Yaponiya və İsveç komandaları qüvvələrini sınayacaq.

Proqrama əsasən, dekabrın 1-də qrup görüşləri keçiriləcək. Ertəsi gün qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.

Qarşılaşmaların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi