Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinə hazırlıq çərçivəsində qadınlardan ibarət Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi keçirilib. "Report"un məlumatına görə, hazırlıq prosesi Olimpiya Güləş Mərkəzində baş tutub.
Qadınlardan ibarət milli komanda yeni baş məşqçi Nazim Əlicanovun rəhbərliyi altında hazırlaşıb. Məşq prosesində Ukrayna, Rusiya, Qazaxıstan və Kolumbiyadan olan qadın güləşçilər də iştirk edib. Məşqi Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov da izləyib.
Qeyd edək ki, Qızıl Qran Pri 27 - 29 noyabrda Bakı İdman Sarayında keçiriləcək.










