"Gənc yaşda paralimpiya çempionu olduğum üçün sevinirəm. Bu, mənə yuxu kimi gəlir".
"Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paracüdoçusu Şahanə Hacıyeva deyib.
48 kq çəki dərəcəsində mübarizə aparan idmançı Tokioda Azərbaycan himnini səsləndirəcəyi üçün sevindiyini bildirib: "Axır ki, Tokioda bizim də himnimiz səslənəcək. Bu qələbəni müəllimlərimə, valideynlərimə və şəhidlərimizə həsr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ümid edirəm ki, komandamız bu uğurun davamını gətirəcək".