Azərbaycan parataekvondoçusu Avropa çempionu olub - YENİLƏNİB

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub - YENİLƏNİB Azərbaycanın daha bir parataekvondoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.
Fərdi
15 Avqust , 2023 19:30
Azərbaycan parataekvondoçusu Avropa çempionu olub - YENİLƏNİB

Azərbaycanın daha bir parataekvondoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında medal qazanıb.

"Report"un məlumatına görə, İmaməddin Xəlilov (70 kq, K 44) qızıl medal əldə edib.

18:28

Azərbaycanın daha bir parataekvondoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.

“Report”un məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan Amin Şıxalıyev turnirdə üçüncü yeri tutub.

Qeyd edək ki, buna qədər Azərbaycan idmançıları qitə birinciliyində 9 medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq) və Xanım Hüseynova (cüdo, 70 kq) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar.

Son xəbərlər

Orphus sistemi