Azərbaycanın daha bir güləşçisi Paris-2024-ə vəsiqə qazana bilər

Azərbaycanın daha bir güləşçisi Paris-2024-ə vəsiqə qazana bilər Bu gün Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq.
Fərdi
11 May , 2024 09:53
Azərbaycanın daha bir güləşçisi Paris-2024-ə vəsiqə qazana bilər

Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində bu gün qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, bu, Azərbaycan təmsilçisi Mariya Stadnik (50 kq) üçün Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq baxımından son şans olacaq.

Ötən gün yarımfinalda məğlub olan 35 yaşlı güləşçi bürünc medal uğrunda görüşə çıxacaq.

Qadınlardan ibarət yığmanın digər üzvləri - Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) dünən uğursuz çıxış ediblər.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) ilk yarış günündə lisenziyaya sahib çıxıblar.

Son xəbərlər

Orphus sistemi