Azərbaycanın daha bir cüdoçusu Böyük Dəbilqə turnirini buraxacaq
Fərdi
- 01 fevral, 2023
- 11:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın daha bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqə turnirində iştirak etməyəcək.
Federasiyadan "Report"a verilən məlumata görə, 66 kq çəki dərəcəsində yer alan Orxan Səfərov xəstələndiyi üçün yarışa qatılmayacaq.
O, yüksək hərarət və öskürək səbəbindən milli komandanın baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə yığmanın heyətindən çıxarılıb.
Səfərovun müalicəsinə dərhal başlanılıb və onun ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.
Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynovun (60 kq) zədə səbəbindən Böyük Dəbilqəni buraxacağı açıqlanıb. Yarış 4-5 fevralda təşkil olunacaq.
Son xəbərlər
12:36
"Fitch": "Brent" markalı neftin qiyməti gələn il 65 dollara düşəcək
Energetika
12:28
Elməddin Quluyev: "Texniki reqlamentlər qiymət artımına səbəb ola bilməz"
Biznes
12:28
Prokuror saxta pul dövriyyəsində təqsirləndirilən şəxsə 9 il həbs cəzası istəyib
Hadisə
12:27
ƏSF 34 ədəd kompüter və çap avadanlığı almaq üçün tender elan edib
Biznes
12:25
"Sabah"la oyunda fərqlənən Qabriel Jezus Çempionlar Liqasındakı qol sayında Suaresi geridə qoyub
Futbol
12:23
Slovakiyanın Baş nazirin müavini Azərbaycana səfər edəcək
Mədəniyyət
12:13
İspaniya sahillərində tanker qəzaya uğrayıb, ölən və xəsarət alanlar var
Digər ölkələr
12:12
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Ekologiya
12:09
Lənkəranda fərdi ev tamamilə yanıb
Hadisə