Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyində iki medal qazanıb

Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyində iki medal qazanıb Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynova İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyində gümüş medal qazanıb.
Fərdi
11 Dekabr , 2019 12:30
Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyində iki medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynova İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyində gümüş medal qazanıb. 

"Report"un məlumatına görə, yaşı 15-ə qədər olan atletlərin yarışında 76 kq çəki dərəcəsində qüvvəsini sınayan yığma üzvü birdən qaldırma hərəkətində 75 kq nəticə ilə 4-cü yeri tutub. Hüseynova təkanla qaldırmada 97 kq-ın öhdəsindən gəlib və ikinci yeri tutub. O, toplam 172 kq (75+97) nəticə ilə yekun sıralamada 3-cü yerə çıxaraq bürünc medala layiq görülüb.

Qeyd edək ki, daha öncə Nurlan Məmmədzadə Avropa birinciliyində iki medal qazanıb, həmçinin Avropa rekordunu müəyyənləşdirib. 

Son xəbərlər

Orphus sistemi