Yuxarı

Azərbaycan ağırlıqqaldıranı Avropa rekordunu müəyyənləşdirib

Azərbaycan ağırlıqqaldıranı Avropa rekordunu müəyyənləşdirib

Azərbaycan ağırlıqqaldıranı Nurlan Məmmədzadə İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinin qalibi olub.

“Report” xəbər verir ki, yaşı 15-ə qədər olan atletlərin yarışında 73 kq çəki dərəcəsində qüvvəsini sınayan yığma üzvü birdən qaldırma hərəkətində 115 kq nəticə ilə 5-ci yeri tutub. O, təkanla qaldırma hərəkətində 145 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin qalibi adını qazanıb.

Məmmədzadə bu çəkinin öhdəsindən gəlməklə öz yaş qrupunun bu çəkisində təkanla qaldırma hərəkətinin yeni Avropa rekordunu müəyyənləşdirib. O, toplam 260 kq (115+145) nəticə ilə yekun sıralamada ikinci yeri tutub.

Qeyd edək ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi