Yuxarı

​Azərbaycanın daha 4 güləşçisi Dünya Kuboku uğrunda mübarizəyə qoşulur

Qadın güləşi üzrə 60 kq, sərbəst güləş üzrə 61, 86 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün ABŞ-ın Las Veqas şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında Azərbaycanın daha 4 güləşçisi mübarizəyə qoşulacaq. "Report"un məlumatına görə, qadın güləşi üzrə 60 kq, sərbəst güləş üzrə 61, 86 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Çempionatın 5-ci günündə ilk görüşlər Bakı vaxtı ilə, saat 22:00-da, final görüşləri isə ertəsi gün səhər saat 06:30-da başlayacaq.

60 kq

1/8 final. İrina Netreba - Hafize Şahin (Türkiyə)

61 kq

1/8 final. Andrey Perpelita (Moldova) - Hacı Əliyev

86 kq

1/16 final - Halil Zubairov (Makedoniya) - Məhəmmədhacı Xatiyev

97 kq

1/16 final - Xetaq Qazyumov - İvan Yankovski (Belarus)

Hələlik Azərbaycanın yunan-Roma güləşçilərindən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq) Rio-2016-ya lisenziya əldə edib. Yunan-Roma güləşçilərindən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş və Yuliya Ratkeviç (58 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi