Azərbaycanın cüdo hakimləri beynəlxalq seminarda iştirak ediblər

Azərbaycanın cüdo hakimləri beynəlxalq seminarda iştirak ediblər Tədbir Avropa Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutub
Fərdi
29 Mart , 2017 15:48
Azərbaycanın cüdo hakimləri beynəlxalq seminarda iştirak ediblər
judo.az

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycanın cüdo hakimləri İtaliyanın paytaxtı Romada məşqçilər və hakimlər üçün nəzərdə tutulan beynəlxalq seminarda iştirak ediblər.

"Report"un Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropa Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan seminarda beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmovla hakim Nazim Umbayev qatılıb.

Tədbirdə ilin əvvəlində Bakıda qəbul olunan yeni qaydalar müzakirə olunub. Əsasən praktiki olaraq keçirilən məşqlərdə bütün hakimlərin səviyyəsi yoxlanılıb, yarış və hakimlik qaydaları haqqında geniş məlumatlar verilib.

Tədbirə qatılan Avropanın tanınmış cüdo mütəxəssisləri Bakıdakı beynəlxalq seminar və "Böyük Dəbilqə” yarışından bəhs ediblər. Onlar hər iki tədbirin yüksək səviyyədə keçirildiyini və təşkilatçılıqdan razılıqlarını vurğulayıblar.

Qeyd edək ki, sonda italiyalı idmançıların iştirakı ilə yarış keçirilib və hər bir hakim görüşləri idarə edib.

Son xəbərlər

Orphus sistemi