Azərbaycanın 7 cüdoçusu Böyük Dəbilqədə mübarizəyə başlayır

Azərbaycanın 7 cüdoçusu Böyük Dəbilqədə mübarizəyə başlayır Bu gün Azərbaycan millisinin 5 cüdoçusu Türkiyənin Antalya şəhərində start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Fərdi
1 Aprel , 2022 09:34
Azərbaycanın 7 cüdoçusu Böyük Dəbilqədə mübarizəyə başlayır

Bu gün Türkiyənin Antalya şəhərində start götürəcək Böyük Dəbilqədə Azərbaycan millisinin 7 cüdoçusu mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov və Rövşən Əliyev yarışa 1/16 finaldan start verəcək. Onlar müvafiq olaraq, livanlı Felipe Dakruz və ukraynalı Dilşot Xalmatovla üz-üzə gələcək.

66 kq-da Yaşar Nəcəfov təsnifatda ABŞ təmsilçisi Adonis Diası, Orxan Səfərov isə 1/16 finalda Sayya Ramires (ABŞ) / Lusian Bors Domitresku (Rumıniya) cütünün qalibini sınağa çəkəcək.

Qadınların mübarizəsində ilk gündə 3 cüdoçu tatamiyə çıxacaq.

48 kq-da Şəfəq Həmidova serbiyalı Andrea Stoyadinovla, Leyla Əliyeva kubalı Aliani Kubkarbonnel Yulianla qarşılaşacaq. Hər iki görüş 1/16 finala təsadüf edəcək.

52 kq-da mübarizə aparan Gültac Məmmədəliyeva isə bu raundda qazaxıstanlı Qaxar İrmaqambetova ilə görüşəcək.

Kişilər

60 kq

1/16 final. Turan Bayramov - Felipe Dakruz (Livan)

1/16 final. Rövşən Əliyev - Dilşot Xalmatov (Ukrayna)

66 kq

Təsnifat. Yaşar Nəcəfov - Adonis Dias (ABŞ)

1/16 final. Orxan Səfərov - İsayya Ramires (ABŞ) / Lusian Bors Domitresku (Rumıniya) cütünün qalibi

Qadınlar

48 kq

1/16 final. Şəfəq Həmidova - Andrea Stoyadinov (Serbiya)
1/16 final. Leyla Əliyeva - Aliani Kubkarbonnel Yulian (Kuba)

52 kq

1/16 final. Gültac Məmmədəliyeva - Qaxar İrmaqambetova (Qazaxıstan)

Qeyd edək ki, yığmanın digər 10 cüdoçusu mübarizəyə 2-3 apreldə qoşulacaq.

Son xəbərlər

Orphus sistemi