Yuxarı
    Bağlamaq

    Azərbaycanda yaşı süni şəkildə azaldılan 2 idmançı aşkarlanıb

    Gənclər və İdman Nazirliyi belə hallara qarşı xüsusi qeydiyyat sistemi hazırlayıb

    Bakı. 4 dekabr. REPORT.AZ/ İdman Məktəblərinin VII Respublika Oyunlarının Balakəndə keçirilən sərbəst və yunan-Roma güləşi üzrə final mərhələsi zamanı yaşı süni şəkildə azaldılan 2 idmançı aşkarlanıb. Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin idman məktəbləri sektorunun müdiri Mütalib Həsənov məlumat verib. 

    Onun sözlərinə görə, saxtakarlıq nazirliyin 11 yaşdan yuxarı idmançılar üçün hazırladığı holoqramlı və şəkilli vəsiqə ilə çəkiölçmə zamanı üzə çıxıb. Başqasının vəsiqəsi ilə çəkiölçməyə gələn bakılı güləşçilər yarışa buraxılmayıb. Onların məşqçilərinə isə xəbərdarlıq elan olunub: "İstəməzdik ki, belə halların qarşısını inzibati yollarla alaq. Daha çox pedaqoji metoda üstünlük veririk. Psixoloji amilləri nəzərə alaraq, həmin idmançıların və məşqçilərin adlarını ictimaiyyətə açıqlamırıq". 

    M.Həsənov bildirib ki, yaş saxtakarlığına qarşı mübarizədə son illər ciddi nailiyyətlər əldə olunub: "5-6 il öncəyədək aşağı yaş qrupları üzrə idmançıların 80 faizi "lipa" idisə, indi buna nadir hallarda rast gəlinir. Çünki biz 11 yaşdan yuxarı bütün idmançıları qeydiyyatdan keçirmişik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi