Yuxarı
    Bağlamaq

    Azərbaycanda antidopinq qanunvericiliyində dəyişikliklərin edilməsi təklif olunur

    Dopinq nəzarəti qaydalarının pozulmasına görə 1000 manatdan 2000 manatadək cərimə nəzərdə tutulur

    Bakı. 25 iyul. REPORT.AZ/ Gənclər və İdman Nazirliyi Antidopinq qanunvericiliyində bəzi dəyişikliklərin edilməsi barədə Milli Məclisə təkliflər göndərib. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsi üzrə bir sıra cəzalar nəzərdə tutulub.

    Təkliflərdə dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə üçün 1000 manatdan 5000 manatadək cərimə və ya iki ilədək müddətə islah işləri, eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barədə törədildikdə bir ildən üç ilədək azadlıqdan məhrum edilmə cəzası istənilib.

    Təkliflərə əsasən, dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılmasına, əldə edilməsinə və ya satılmasına görə Iki ilədək islah işləri və ya iki ilədək azadlıqdan məhrum etmə, dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görəfiziki şəxslər 1000 manatdan 2 min manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir. 

    Təkliflərə görə, bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə, 3 min manatdan 5 min manatadək məbləğdə cərimə edilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi