Azərbaycan Voleybol Federasiyasının rəsmisinə növbəti dəfə təyinat verilib
Fərdi
- 12 noyabr, 2024
- 08:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti təyinat verilib.
Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qurum rəsmisi qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin IV raundunda E qrupunun “C.S.O. Voluntari 2005” (Rumıniya) və “BKS Bostik ZGO Byelsko-Byala” (Polşa) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, noyabrın 13-də Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq qarşılaşmanın hakimləri lixtenşteynlı Aleksander Sikanyiç və belçikalı Koen Luts olacaq.
Son xəbərlər
07:19
Ohayo ştatında avtobusların toqquşması nəticəsində iki nəfər ölüb, yaralananlar var
Maliyyə
07:00
EBRD Azərbaycanda gənc sahibkarların kreditə olan potensial tələbatını 1,5 milyard dollar dəyərində qiymətləndirib
Maliyyə
06:29
Almaniyada "Yaşıllar" Partiyasının ofisinə hücum olub, üç nəfər yaralanıb
Digər ölkələr
05:52
ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə desant qrupu göndərib
Digər ölkələr
05:06
WP: FTB rəhbərinin müavini istefa verəcək
Digər ölkələr
04:38
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
Digər ölkələr
04:25
Türkiyədə 407 sayta giriş məhdudlaşdırılıb
Region
03:57
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
Digər ölkələr
03:21
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
Digər ölkələr