Avropa çempionatı: Azərbaycan üzgüçüsü tarixi uğura imza atıb

Avropa çempionatı: Azərbaycan üzgüçüsü tarixi uğura imza atıb Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanıb.
Fərdi
6 İyul , 2022 20:17
Avropa çempionatı: Azərbaycan üzgüçüsü tarixi uğura imza atıb

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanıb.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 18 yaşlı idmançı finalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub.

Bu, Azərbaycan üzgüçülərinin qitə çempionatları tarixində əldə etdiyi ilk medal olub.

Qeyd edək ki, Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Yarışda Vəlizadə ilə yanaşı, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov da mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi