Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb Məhəmməd Məmmədov yarımfinalda uduzub
Fərdi
30 İyun , 2017 12:26
Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Bakı. 30 iyun. REPORT.AZ/ Cənubi Koreyanın Miju şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında Azərbaycan milli komandası ilk medalını qazanıb. "Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Məmmədov bürünc medala sahib olub.

O, yarımfinalda iranlı Mirhaşem Hosseyniyə 5:6 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatında Azərbaycanın daha bir təmsilçisi Milad Beigi Harçeqani də yarımfinala yüksəlib. Finala gedən yolda onu rəqibi Moldova təmsilçisi Aaron Kuk olacaq. 

Son xəbərlər

Orphus sistemi