Azərbaycan şahmatçılarının FİDE-nin yeni reytinq siyahısındakı mövqeləri açıqlanıb

Azərbaycan şahmatçılarının FİDE-nin yeni reytinq siyahısındakı mövqeləri açıqlanıb İlk "100-lük"də Azərbaycanın yenə 6 zəka ustası yer alıb
Fərdi
30 İyun , 2018 14:34
Azərbaycan şahmatçılarının FİDE-nin yeni reytinq siyahısındakı mövqeləri açıqlanıb

Bakı. 30 iyun. REPORT.AZ/ FİDE (Beynəlxalq Şahmat Federasiyası) dünyanın ən güclü şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, ilk "100-lük"də Azərbaycanın yenə 6 zəka ustası yer alıb.

Şəhriyar Məmmədyarov yenə 3-cü pillədə qalsa da, 7 xal itirib. Hazırda onun 2801 xalı var.

Teymur Rəcəbov əvvəlki tək 2751 xalla 17-ci, Rauf Məmmədov 2708 xalla 36-cı pillədə qərarlaşıb.

Arkadi Naydiç ötən siyahı ilə müqayisədə xallarını 2697-dən 2698-ə çatdırsa da, 47-ci pillədə qalıb.

Eltac Səfərli bir xal və bir pillə artırıb. O, hazırda 2667 xalla 76-cıdır.

Nəhayət, Qədir Hüseynovun yenə 2654 xalı olsa da, o, ukraynalı Martin Kravtsov və ABŞ təmsilçisi Varujan Akobyanla birgə 99 - 101-ci pillələri bölüşür.

Qadınların mübarizəsində isə "100-lüy"ə yalnız Günay Məmmədzadə düşüb. O, ötən ayla müqayisədə 5 pillə geriləyib və 16 xal itirib. Hazırda Məmmədzadə 2426 xalla 37-cidir.

Qeyd edək ki, kişilərin siyahısında ilk 2 yeri norveçli Maqnus Karlsen (2842) və ABŞ təmsilçisi Fabiano Karuana (2822), qadınlarda isə çinli İfan Hou (2658) və Ventszyun Tszyuy (2568) tutur.   

Son xəbərlər

Orphus sistemi