Azərbaycanın yeniyetmə cüdoçuları Koimbra Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın yeniyetmə cüdoçuları Koimbra Avropa Kubokunda iştirak edəcək Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisi Koimbra Avropa Kubokunda iştirak edəcək.
Fərdi
24 May , 2024 18:58
Azərbaycanın yeniyetmə cüdoçuları Koimbra Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisi Koimbra Avropa Kubokunda iştirak edəcək.

"Report" Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 25-dən, 26-dək Portuqaliyanın Koimbra şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında keçiriləcək Avropa Kubokunda 23 ölkədən 547 idmançı qüvvəsini sınayacaq.

Azərbaycan yarışda qızlar və oğlanlar arasında 6 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara yeniyetmə oğlanlardan ibarət komandanın məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Qızlar

48 kq.

Diana Eldarova

Nuranə Hacızadə

52 kq.

Aysun Məmmədova

Səmayə Yusifli

57 kq.

Aytən Verdiyeva

Oğlanlar

60 kq.

Fərid Qarayev

Özqan Quliyev

Nihad Rəhimov

66 kq.

Ümüd Qurbanov

Ramil Mahmudov

Kənan Sadıqov

Səlim Sultanov

90 kq.

Hüseyn Eyvazlı

Son xəbərlər

Orphus sistemi