Azərbaycan Qran Prisində son yoxlanışlara start verilib

Azərbaycan Qran Prisində son yoxlanışlara start verilib Simulyasiya zamanı aşkarlanan nöqsanlar 2 gün ərzində həll olunmalıdır
Fərdi
20 İyun , 2017 12:39
Azərbaycan Qran Prisində son yoxlanışlara start verilib

Bakı. 20 iyun. REPORT.AZ/ Bakıda keçiriləcək Azərbaycan Qran Prisi öncəsi son yoxlanışlara başlanılıb. 

"Report"un məlumatına görə, bu gün Bakı Şəhər Halqasında yarış simulyasıyalarına start verilib. Simulyasiya çərçivəsində yarış öncəsi son yoxlanışlar, bütün sistemlərin düzgün işlənilməsi, halqanın və yarış marşallarının hər şeylə təmin olunub-olunmadıqları yoxlanılacaq. Simulyasiya zamanı aşkarlanan nöqsanlar 2 gün ərzində həll olunmalıdır.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 23 - 25 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi