Dünya Kuboku: Azərbaycan sablyaçıları əsas mərhələdə iştirak etdi

Dünya Kuboku: Azərbaycan sablyaçıları əsas mərhələdə iştirak etdi Martın 14-də Azərbaycan millisi komanda yarışında qüvvəsini sınayacaq
Fərdi
13 Mart , 2021 16:10
Dünya Kuboku: Azərbaycan sablyaçıları əsas mərhələdə iştirak etdi

Azərbaycan sablyaçıları Macarıstanın paytaxtı Budapeştdə keçirilən Dünya Kubokunda kişi və qadınların şəxsi yarışında əsas mərhələyə başlayıblar.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Anna Başta 1/32 finalda yerli idmançı Kira Keszeylə üz-üzə gəlib. Rəqibinə 15:4 hesabı ilə qalib gələn azərbaycanlı qılıncoynadan 1/16 finalda fransalı Brunet Manona 6:15 hesabı ilə uduzub.

Digər sablyaçı Valeriya Bolşakov 1/32 finalda Rusiya təmsilçisi Olqa Nikitinaya 6:15 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan Dünya Kubokunda 4 idmançı ilə təmsil olunub. Digər iki idmançı əsas mərhələyə vəsiqə qazana bilməyib. Martın 14-də Azərbaycan millisi komanda yarışında qüvvəsini sınayacaq.

Son xəbərlər

Orphus sistemi