Pauerliftinq üzrə Azərbaycan millisinin daha bir üzvü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının qalibi olub.
Milli Paralimpiya Komitəsindən “Report”a verilən məlumata görə, bu dəfə Zəhra Dadaşova 2 qızıl medal qazanıb.
İdmançı +55 kq çəki dərəcəsində gənclərin yarışında ən yaxşı nəticəyə (78 kq) və ümumi çəkiyə görə (223 kq) buna nail olub.
Qeyd edək ki, daha əvvəl Leyla Kərimova (+86 kq) 2 qızıl, Talıb Zeynalov (+107 kq) isə 2 gümüş medal qazanıb.
Pauerliftinq üzrə Azərbaycan millisinin daha bir üzvü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında iki medal qazanıb.
Milli Paralimpiya Komitəsindən “Report”a verilən məlumata görə, bu dəfə Leyla Kərimova 2 “qızıl”la yadda qalıb.
İdmançı +86 kq çəki dərəcəsində gənclərin yarışında ən yaxşı nəticəyə (78 kq) və ümumi çəkiyə görə (148 kq) çempion olub. Kərimova bununla gənclər arasında Avropa rekordunu da yeniləyib.
Qeyd edək ki, daha əvvəl Talıb Zeynalov (+107 kq) yarışda 2 gümüş medal qazanıb.
Pauerliftinq üzrə Azərbaycan millisinin üzvü Talıb Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında iki medal qazanıb.
Milli Paralimpiya Komitəsindən “Report”a verilən məlumata görə, idmançı +107 kq çəki dərəcəsində gənclərin yarışında 2 gümüş mükafata yiyələnib.
O, ən yaxşı nəticəyə (160 kq) və ümumi çəkiyə (307 kq) görə buna nail olub.