Azərbaycan nümayəndə heyəti ANOC-un XXII Baş Assambleyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti ANOC-un XXII Baş Assambleyasında iştirak edəcək Toplantıda mükafatlandırma mərasimi olacaq
Fərdi
30 Oktyabr , 2017 17:13
Azərbaycan nümayəndə heyəti ANOC-un XXII Baş Assambleyasında iştirak edəcək

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) XXII Baş Assambleyasında iştirak etmək üçün Çexiyanın paytaxtı Praqaya yollanıb. "Report"un məlumatına görə, oktyabrın 31-də işə başlayacaq iclasa Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və beynəlxalq əlaqələr İdarəsinin rəisi Anar Bağırov qatılacaq. 

Beş gün davam edəcək tədbir çərçivəsində adı çəkilən təşkilatın Gənclər, Beynəlxalq Əlaqələr, Atletlər və Marketinq Komissiyasının, həmçinin təşkilatın İcraiyyə Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.

ANOC 206 Olimpiya Komitələrini birləşdirən qurumdur. Hər il bu təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərlə yanaşı, mükafatlandırma mərasimi də keçirilir. Burada qitənin ən yaxşı kişi və qadın idmançıları seçilir. 

Qeyd edək ki, toplantıda ANOC-un XXIII Baş Assambleyasının baş tutacağı ölkənin adı da açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi