Azərbaycan millisinin məşqçisi: Şahmat Olimpiadasına səs-küy salmadan hazırlaşırıq

Azərbaycan millisinin məşqçisi: Şahmat Olimpiadasına səs-küy salmadan hazırlaşırıq Şahmat Olimpiadasına səs-küy salmadan hazırlaşırıq.
Fərdi
27 Aprel , 2024 13:43
Azərbaycan millisinin məşqçisi: Şahmat Olimpiadasına səs-küy salmadan hazırlaşırıq

Şahmat Olimpiadasına səs-küy salmadan hazırlaşırıq.

Bunu “Report”a açıqlamasında qadın şahmatçılardan ibarət Azərbaycan millisinin məşqçisi Yevgeni Tomaşevski deyib.

Rusiyalı mütəxəssis yığmanın sentyabrda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlığı barədə danışıb: “Hazırlıqlarımız davam edir. “Az söz, çox iş” prinsipi ilə çalışırıq. Hazırda qadın şahmatçılar arasında Avropa çempionatı davam edir. Biz yarışın yekun nəticəsinə uyğun olaraq müəyyən təhlillər aparacağıq. Hazırlıq proqramlarımız var, sadəcə, detalları açıqlamaq istəmirəm. Doğru yolda olduğumuza inanıram”.

Y.Tomaşevski kişilər arasında Azərbaycan çempionu olan Aydın Süleymanlının çıxışına da toxunub: “Aydının məşqlərində ona kömək göstərirəm. O, 18 ay ərzində 80 reytinq əmsalı artırıb. Kifayət qədər potensiallı şahmatçıdır. Milli komandaya dəvət alması üçün xarakter və əzm lazımdır. Aydın bundan sonra da özünü inkişaf etdirə bilər, ona ümidlərimiz böyükdür”.

Son xəbərlər

Orphus sistemi