Daha bir cüdoçu Azərbaycan millisinə qayıdıb

Daha bir cüdoçu Azərbaycan millisinə qayıdıb Azərbaycan cüdoçusu Zelim Kotsoyev karyerasını başa vurmaq istəyindən daşınıb.
Fərdi
6 Yanvar , 2022 10:09
Daha bir cüdoçu Azərbaycan millisinə qayıdıb
Zelim Kotsoyev

Azərbaycan cüdoçusu Zelim Kotsoyev karyerasını başa vurmaq istəyindən daşınıb.

"Report"un əldə etdiyi məlumata görə, 100 kq çəki dərəcəsində yer alan 24 yaşlı idmançı milli komandaya qayıdıb. Osetiyalı legioner yığmanın qarşıdakı toplanışlarında iştirak edəcək. O, məşqçilər heyəti və federasiya rəhbərliyi ilə danışıqlardan sonra belə bir qərara gəlib.

Daha əvvəl eyni çəki dərəcəsindəki Elmar Qasımov da Azərbaycan millisinə qayıdıb.

Qeyd edək ki, Zelim Kotsoyev Avropa çempionatlarının üçqat bürünc mükafatçısı, 2017-ci il Taybey Universiadasının qalibi olub. O, Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra Azərbaycan millisini tərk etmişdi. Millinin yeni baş məşqçisi Mövlud Mirəliyev "Report"a açıqlamasında Kotsoyevin karyerasını başa vurma ehtimalının olduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi