Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub

Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub Miroslav Çoros Tomaş Feheri əvəzləyib
Fərdi
2 Aprel , 2015 12:36
Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub

Bakı. 2 aprel. REPORT.AZ/ Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının baş məşqçi postunda dəyişiklik edilib. Bu barədə "Report"a Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Yavər Hacıyev məlumat verib.

Y.Hacıyevin sözlərinə görə, bu vəzifəyə polşalı mütəxəssis Miroslav Çoros təyin olunub. M.Çoros səhhəti ilə əlaqədar istefa vermiş macarıstanlı Tomaş Feheri əvəzləyib. Federasiya rəsmisi bildirib ki, ötən ilin sonlarında Gənclər və İdman Nazirliyinə verilən siyahıda T.Feher baş məşqçi kimi təqdim olunsa da, səhhətində yaranan problem macarıstanlı mütəxəssisin yığmada çalışmasına mane olub. Bu səbəbdən, milliyə polşalı baş məşqçi dəvət olunub. Y.Hacıyev M.Çorosun hazırda Bakıda olduğunu və aprelin 10-da Gürcüstanın paytaxtı Tiflisdə start götürəcək Avropa çempionatına yığma ilə birgə yollanacağını açıqlayıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 18-dək davam edəcək.    

Son xəbərlər

Orphus sistemi