Yuxarı
    Bağlamaq

    Azərbaycan komandalarının olimpiadanın növbəti turu üçün heyəti açıqlanıb

    Əsas millilər Xorvatiya və Hindistanla qarşılaşacaq

    Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün VII turun oyunları keçiriləcək. "Report"un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət əsas milli komandası Xorvatiya ilə qarşılaşacaq.

    İkinci yığma Venesuela ilə görüşəcəyi halda, üçüncü yığma Eşitmə qabiliyyəti zəif olan şahmatçılar ittifaqının (ICCD) komandasını sınağa çəkəcək.

    Olimpiadanın vahid lideri Hindistan ABŞ-la, Hollandiya Latviya ilə, Rusiya Çexiya ilə, Çin İngiltərə ilə, Ukrayna Kanada ilə, Gürcüstan Rumıniya ilə üz-üzə gələcək. 6 turdan sonra Azərbaycanın kişilərdən ibarət əsas millisi 9 xalla 13-cü, ikinci komanda 8 xalla 34-cü, üçüncü yığma isə 6 xalla 86-cı yerdə qərarlaşıb. Hindistan 12 xalla liderdir. 11 xal toplayan ABŞ ikinci pillədə qərarlaşıb. 10 xala sahib yığmalardan Hollandiya üçüncü, Çexiya dördüncü, Gürcüstan beşincidir.

    Qadınlardan ibarət əsas yığma isə bu tur Hindistanla üz-üzə gələcək. İkinci komanda Belarusla, üçüncü yığma isə Boliviya ilə görüşəcək.

    Favoritlərdən Rusiya Polşa ilə, Çin Ukrayna ilə, ABŞ Rumıniya ilə, Gürcüstan Hollandiya ilə, Macarıstan isə Filippinlə üz-üzə gələcək. 6 turdan sonra qadınlardan ibarət əsas milli 10 xalla altıncı pillədə qərarlaşıb. 7 xala malik üçüncü yığma 37-ci, ikinci komanda isə 38-ci yeri tutur.

    Rusiya və Ukrayna 11 xalla 1-2-ci yerləri bölüşdürür. 10 xala malik Polşa üçüncü, Rumıniya dördüncü, Hindistan isə beşincidir.

    Olimpiada-2016

    VII tur

    Kişilər

    Xorvatiya - Azərbaycan1

    İvan Sariç (2668) - Şəhriyar Məmmədyarov (2761)

    Miladan Palas (2623) - Teymur Rəcəbov (2722)

    Zdenko Kozul (2622) – Rauf Məmmədov (2666)

    Ante Brkiç (2584) - Eltac Səfərli (2688)

    Azərbaycan2 - Venesuela

    Vasif Durarbəyli (2612) – Eduardo Bonelli (2650)

    Ülvi Bacarani (2509) – Xose Rafael Noqal (2436)

    Qədir Hüseynov (2625) – Vilson Morales (2378)

    Namiq Quliyev (2577) – Daniel Marin (2434)

    Azərbaycan3 - ICCD

    Vüqar Əsədli (2406) – Yehuda Qruenfeld (2451)

    Nail Bəşirli (2387) - Duilio Kollutiis (2441)

    Abdulla Qədimbəyli (2294) – Vladimir Klasan (2401)

    Pərviz Qasımov (2323) – Enxbayar Yançivnyambuu (2049)

    Qadınlar

    Azərbaycan1 - Hindistan

    Zeynəb Məmmədyarova (2295) – Dronavalli Harika (2542)

    Günay Məmmədzadə (2361) – Rout Padmini (2408)

    Gülnar Məmmədova (2304) – Saçdev Tania (2402)

    Aydan Höccətova (2339) – Svaminathan Soumya (2379)

    Azərbaycan2 - Belarus

    Türkan Məmmədyarova (2304) – Nastassia Ziaziulkina (2382)

    Nərmin Xələfova (2219) – Olqa Badelka (2222)

    Ülviyyə Fətəliyeva (2234) – Yekaterina Boqdan (2120)

    Nərgiz Umudova (2247) – Tatyana Revo (2087)

    Azərbaycan3 - Boliviya

    Nərmin Məmmədova (2230) – Mariya Yevgeniya Ramires (2104)

    Xanım Balacayeva (2147) – Natali Monroy (2105)

    Gövhər Beydullayeva (1994) – Lusia Estrada (1941)

    Ayan Allahverdiyeva (1780) – Cessika Molina (1883)

    Qeyd edək ki, görüşlər saat 15:00-da başlanacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi