Tokio-2020: Azərbaycan karateçisi gümüş medal qazanıb

Tokio-2020: Azərbaycan karateçisi gümüş medal qazanıb Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Fərdi
7 Avqust , 2021 16:09
Tokio-2020: Azərbaycan karateçisi gümüş medal qazanıb

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı finalda Misir təmsilçisi Feryal Abdelazizlə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Zaretska gümüş medalla kifayətlənib.

15:24

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı yarımfinalda çinli Qonq Li ilə üz-üzə gəlib.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Zaretska finala yüksəlib. O, qızıl medal uğrunda döyüşdə Misir təmsilçisi Feryal Abdelazizlə döyüşəcək.

11:51

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı sonuncu döyüşündə türkiyəli Meltem Akyol Hocaoğlu ilə üz-üzə gəlib.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Zaretska yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.

Azərbaycan təmsilçisi qrupda yaponiyalı Ayumi Uekusanı və taliyalı Silviya Semeraronu da məğlubiyyətə uğradıb. Karateçi yalnız qazaxıstanlı Sofya Berultseva ilə bacarmayıb.

O, A qrupunu ilk pillədə başa vurub. Yarımfinalda Zaretskanın rəqibi çinli Qonq Li olacaq.

10:53

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Sofya Berultseva ilə üz-üzə gəlib.

Qrupdakı ilk iki qarşılaşmasından qalib ayrılan Zarestka bu dəfə rəqibinə 4:5 hesabı ilə uduzub. O, qrupda sonuncu görüşünü Meltem Akyol Hocaoğluya (Türkiyə) qarşı keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

10:27

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ikinci döyüşündə italiyalı Silviya Semeraro ilə üz-üzə gəlib.

Zaretska rəqibini 3:2 hesabı ilə üstələyib. O, növbəti qarşılaşmasını Sofya Berultsevaya (Qazaxıstan) qarşı keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

09:39

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

"Report"un məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə üz-üzə gəlib.

Zaretska rəqibinə 4:1 hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

Son xəbərlər

Orphus sistemi