Azərbaycan karateçisi: "Avropa çempionatında da mükafatçılar sırasında olmaq istəyirəm"

Azərbaycan karateçisi: "Avropa çempionatında da mükafatçılar sırasında olmaq istəyirəm" Bu barədə "Report"a 24 yaşlı idmançı açıqlamasında bildirib
Fərdi
29 Yanvar , 2024 12:55
Azərbaycan karateçisi: Avropa çempionatında da mükafatçılar sırasında olmaq istəyirəm

Fransanın paytaxtı Parisdə təşkil olunan Premyer Liqa turnirində bürünc medal qazanan Azərbaycan karateçisi Fidan Teymurova bu il Avropa çempionatında da mükafatçılar sırasında yer almaq istəyir.

Bu barədə "Report"a 24 yaşlı idmançı açıqlamasında bildirib.

50 kq çəki dərəcəsində mübarizə aparan karateçi qitə çempionu ola biləcəyini söyləyib: "Böyüklər arasında Premyer Liqada debüt yarışım idi. Medal qazandığım üçün çox sevinirəm. İştirak etdiyim ilk turnirdə üçüncü oldum. Böyüklər arasında bütün yarışlar çətin keçir. Bunu bilərək buraya gəlmişdik. Çox yaxşı hazırlaşdığım üçün özümə inanırdım. Mükafat əldə etməyi qarşıma məqsəd qoymuşdum".

Teymurova yığmanın aparıcı üzvünə çevrilmək istədiyini vurğulayıb: "Antalyada da Premyer Liqa olacaq. Daha sonra Avropa çempionatına yollanacağıq. İlk növbədə bu yarışları qarşımıza məqsəd qoymuşuq".

Qeyd edək ki, karate üzrə Avropa çempionatı mayın 8-12-si aralığında Xorvatiyanın Zadar şəhərində gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi