Azərbaycan karateçiləri Urmiyada beynəlxalq turnirə qatılıb

Azərbaycan karateçiləri Urmiyada beynəlxalq turnirə qatılıb Azərbaycan karateçiləri Urmiya şəhərində keçirilən ənənəvi beynəlxalq turnirə qatılıblar.
Fərdi
20 Sentyabr , 2019 12:10
Azərbaycan karateçiləri Urmiyada beynəlxalq turnirə qatılıb

Azərbaycan karateçiləri Urmiya şəhərində keçirilən ənənəvi beynəlxalq turnirə qatılıblar.

Azərbaycan Karate Federasiyasından "Report"a verilən məlumata görə, yarışda əməkdar məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi müxtəlif yaşlar üzrə milli komandaların əsas və əvəzedici heyətinin 50-dən artıq idmançısı mübarizə aparır. 

Sentyabrın 20-22-də keçirilən "Urmia Open"də 12 ölkədən 412 karateçi iştirak edir. Yarış həm də yeniyetmə və gənclər üçün oktyabrın axırı Çilidə dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Beynəlxalq hakimlər Cahangir Babayevlə Vüqar Kərimov yarışı idarə edən referilər arasındadır. 

Son xəbərlər

Orphus sistemi