Azərbaycan ilk dəfə olaraq akrobatika üzrə dünya çempionatına ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə olaraq akrobatika üzrə dünya çempionatına ev sahibliyi edəcək 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.
Fərdi
24 Avqust , 2019 09:29
Azərbaycan ilk dəfə olaraq akrobatika üzrə dünya çempionatına ev sahibliyi edəcək

2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə qərar Beynəlxalq Gimnastika Federasiyanın (FIG) İcraiyyə Komitəsinin Nikaraquanın paytaxtı Manaquada baş tutan iclasında qəbul olunub. Mundial 11 - 13 mart tarixlərində Milli Gimnastika Arenasında ilk dəfə olaraq baş tutacaq. 

Çempionatdan öncə isə 2 - 7 mart tarixlərində Dünya Yaş Qrupu yarışları da eyni məkanda keçiriləcək.

Qeyd edək ki, artıq bir neçə ildir irimiqyaslı beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən Azərbaycan Gimnastika Federasiyanı qarşıda digər əhəmiyyətli turnirlər də gözləyir. Bu il 16 - 22 sentyabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək. 2020-ci ildə aerobika, 2021-ci ildə isə batut gimnastikası üzrə dünya çempionatı Bakıda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi