Azərbaycan idmançısı Ukrayna çempionatının qalibi oldu

Azərbaycan idmançısı Ukrayna çempionatının qalibi oldu Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov açıq Ukrayna çempionatında qızıl medal qazanıb.
Fərdi
20 İyul , 2020 16:47
Azərbaycan idmançısı Ukrayna çempionatının qalibi oldu
Rostislav Pevtsov

Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov açıq Ukrayna çempionatında qızıl medal qazanıb.

"Report" federasiyanın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bir neçə həftə əvvəl idmançı sprint üzrə açıq Ukrayna çempionatında ikinci olub.

Bu dəfə turnir olimpiya məsafəsində keçirilib. Pevtsov bütün rəqiblərini qabaqlayıb və finiş xəttini birinci keçib. 

Qeyd edək ki, Rostislav Pevtsov 2019-cu ilin ən yaxşı kişi triatlonçusu seçilib. 

Son xəbərlər

Orphus sistemi