Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medalı geri qaytarıb.
Bu barədə “Report”a 25 yaşlı idmançının özü məlumat verib. O, bildirib ki, məhrum edildiyi medalını
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İntizam Komissiyası olimpiada zamanı Xristovun antidopinq qaydalarını pozduğunu üzə çıxarıb. Bu, dopinq-testlərin təkrar analizləri nəticəsində müəyyənləşib. Bolqarıstanlı legionerin olimpiadadakı nəticələri ləğv olunub. Onun 56 kq çəki dərəcəsində qazandığı bürünc medalın isə həmin yarışda 4-cü yeri tutmuş vyetnamlı Tran Le Kuok Toana verilməsi qərara alınıb. Qərara əsasən, gənc idmançı medalla yanaşı, diplom və nişanı geri qaytarmalıdır.
Xristov 2012 və 2015-ci illərdə Avropa çempionu, 2011-ci ildə isə dünya çempionatının bürünc mükafatçısı olub. O, 2013-cü ildə orqanizmindən dehidrometiltestosteron tapıldığı üçün 2 il, 2015-ci ildə orqanizmindən nandrolon aşkarlandığı üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qazandığı gümüş medaldan dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi səbəbindən məhrum edilib.