Azərbaycan idmançılarının qatılacağı MDB oyunlarının yeni tarixi açıqlandı

Fərdi
  • 05 iyun, 2020
  • 09:38
Azərbaycan idmançılarının qatılacağı MDB oyunlarının yeni tarixi açıqlandı
Oleq Matıtsin

Bu il Rusiyanın Kazan şəhərində keçirilməli olan MDB ölkələrinin Oyunlarının vaxtı açıqlanıb.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, bu barədə ölkənin İdman naziri Oleq Matıtsin nazirliyin iclasında deyib.

O bildirib ki, yarışı sentyabrın əvvəlində təşkil etmək istəyirlər.

Matıtsin bir müddət əvvəl TASS-a açıqlamasında MDB Oyunlarının koronavirus pandemiyası dövründə dünyada ilk böyük turnir olacağını söyləmişdi: "Ümid edirəm ki, yarış baş tutacaq. Həm də bunun nə dərəcədə çətin tapşırıq olduğunu başa düşürük".

Qeyd edək ki, MDB ölkələrinin Oyunları 20 - 27 avqustda keçirilməli idi. Yarışda Azərbaycan da daxil olmaqla, MDB-nin 11 ölkəsindən yaşı 16-dək olan 2 500 idmançı iştirak edəcək. Turnirin proqramına 21 idman növü salınıb. Oyunlarda 280 dəst medal sahibini tapacaq.