Tokio-2020: Azərbaycan idmançıları peyvənd olunacaq

Tokio-2020: Azərbaycan idmançıları peyvənd olunacaq "Xəstəliyə yoluxan və orqanizmində anticism yaranan atletlərə peyvənd vurulmasına ehtiyac yoxdur"
Fərdi
111
21 May , 2021 17:49
Tokio-2020: Azərbaycan idmançıları peyvənd olunacaq

Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycan idmançıları peyvəndlənmə prosesinə cəlb olunacaq.

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çüngiz Hüseynzadə qurumun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar vaksinasiya prosesinə cəlb ediləcək: "Xəstəliyə yoluxan və orqanizmində anticism yaranan atletlərə peyvənd vurulmasına ehtiyac yoxdur".

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax son çıxışında bildirib ki, idmançılar Atletlər Kəndində məskunlaşacaq. Tokio-2020-də iştirak edəcək idmançıların və komanda üzvlərinin 80 faizi Oyunlar başlayanadək vaksinasiya olunacaq.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Tokio Yay Paralimpiya Oyunları bu il 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.

Son xəbərlər

Orphus sistemi