Yuxarı
    Bağlamaq

    Azərbaycan İslamiada yarışlarında 12 taekvondoçu ilə təmsil olunacaq

    Yığmanın heyətində 8 kişi və 4 qadın taekvondoçu yer alacaq

    Bakı. 3 may. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək taekvondo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

    “Report”un Azərbaycan Taekvondo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yığma İslamiadada 8 kişi və 4 qadın taekvondoçu ilə təmsil olunacaq.

    Kişilər arasında Qaşım Maqomedov (54 kq), Fizam Mehtiyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq) və Radik İsaev (+87 kq) birincilik uğrunda yarışacaqlar.

    Qadınların mübarizəsində isə Azərbaycanı Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.

    Qeyd edək ki, taekvondo yarışları 16 - 18 may tarixlərində Bakı İdman Zalında təşkil olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi