Bakı. 9 oktyabr. REPORT.AZ/ Cənubi Koreyanın Munqyeonq şəhərində keçirilən Hərbçilərin VI Dünya İdman Oyunlarında Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov finala yüksəlib. "Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində yer alan 27 yaşlı pəhləvan həlledici görüşədək ardıcıl olaraq, estoniyalı Hardo Tuts (8:2), litvalı Julius Mateuzeviçus (4:0) və ermənistanlı Sargis Koçaryanı (4:1) yenib.
Finalda onun rəqibi Rusiya təmsilçisi Yevgeni Saleyev olacaq. Görüşün nəticəsindən asılı olmayaraq, Hüseynov ən azı gümüş medalı özünə təmin edib. Qələbə təqdirində o, Azərbaycanın aktivinə ilk qızıl həm də "
Qeyd edək ki, hazırda Azərbaycan yığmasının hesabında 8 medal var. Bunlardan 2-si gümüş, qalanları bürünc əyarlıdır. Sonuncu medalı Avropa və dünya çempionu, eləcə də "Bakı 2015"in qalibi Radik İsayev qazanıb. 87 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən İsayev bürünc medalla kifayətlənib.