Azərbaycan güləşçisi hərbçilər arasında Dünya çempionatında üçüncü olub

Azərbaycan güləşçisi hərbçilər arasında Dünya çempionatında üçüncü olub Coşqun Əzimov macar rəqibini 10-0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb
Fərdi
17 May , 2018 02:18
Azərbaycan güləşçisi hərbçilər arasında Dünya çempionatında üçüncü olub

Bakı. 17 may. REPORT.AZ/ Mayın 16-da Moskvada Rusiya Mərkəzi Ordu İdman Klubunun idman zalında hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının final görüşləri keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan idmançısı Coşqun Əzimov MOİK komandasına 3-cü bürünc medalı qazandırıb.

O, Macarıstan təmsilçisi Lukacs Botondu 10-0 hesabı ilə məğlub edərək təmiz qələbə əldə edib. Bununla da, 16 may tarixində hərbçilərin güləş üzrə dünya çempionatında MOİK 3-cü medala sahib olub.

Son xəbərlər

Orphus sistemi