Yuxarı
    Bağlamaq

    Azərbaycan güləşçiləri Yadigar İmam Kubokunda 9 medal qazanıb

    Məhəmmədəli Həsənli bütün rəqiblərindən üstün olub

    Bakı. 2 fevral. REPORT.AZ/ İranın Məşhəd şəhərində yeniyetmələr arasında beynəlxalq Yadigar İmam Kuboku keçirilib. "Report"un məlumatına görə, turnirdə iştirak edən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandaları 1 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıblar. 

    1 qızıl və 1 bürünc medala yunan-Roma güləşçiləri sahib olub. Məhəmmədəli Həsənli (58 kq) bütün rəqiblərindən üstün olduğu halda, Ceyhun Nəsirov (63 kq) 3-cü yeri tutub. 

    Sərbəst güləşçilər isə turniri 3 gümüş və 4 bürünc medalla başa vurub. Şahin Muxtarov (42 kq), Əliabbas Rzazadə (50 kq) və Əhliman Quliyev (76 kq) finalda uduzub. Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq) və Ravil Babazadə (76 kq) isə 3-cü yerlə kifayətlənib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi