Yuxarı

Azərbaycan güləşçiləri Antalyadakı turnirin ilk günündə 3 medal qazanıblar

Medalçılardan biri gənc qızdır

Bakı. 23 may. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində Mithat Bayrak və İsmət Atlının xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında 18-ci beynəlxalq turnir start götürüb. "Report"un məlumatına görə, turnirin ilk günündə Azərbaycan güləşçiləri 2 qızıl və 1 bürünc medal qazanıb. 

Sərbəst güləşçilərin yarışında mübarizə aparan Teymur Məmmədov (66 kq) bütün rəqiblərindən üstün olub. Finalda o, rusiyalı rəqibinə qalib gəlib. Eyni çəkidəki digər güləşçi Vurğun Əliyev 5-ci olub. 

Yunan-Roma güləşçilərinin mübarizəsində Nofəl Babayev (50 kq) bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Ruhin Mikayılov (66 kq) isə 5-ci yerlə kifayətlənib.

Gənc qızların yarışında Almaz İsmayılova (55 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. 

Qeyd edək ki, turnir mayın 24-də yekunlaşacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi