Azərbaycan güləş millisinin kapitanı Avropa çempionatını buraxacaq - EKSKLÜZİV

Azərbaycan güləş millisinin kapitanı Avropa çempionatını buraxacaq - EKSKLÜZİV Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyev Rumıniyada keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.
Fərdi
9 Yanvar , 2024 14:30
Azərbaycan güləş millisinin kapitanı Avropa çempionatını buraxacaq - EKSKLÜZİV

Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyev Rumıniyada keçiriləcək Avropa çempionatını buraxacaq.

Bu barədə “Report”a üçqat dünya və dördqat Avropa çempionu məlumat verib.

32 yaşlı idmançı bildirib ki, apreldə Bakıda təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşmaq məqsədilə Xorvatiyada keçiriləcək “Zaqreb Open”ə (10-14 yanvar) və Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq Avropa çempionatına (12-18 fevral) qatılmayacaq: “Əsas məqsədim Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Bu üzdən Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşıram”.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turniri aprelin 5-7-si aralığında Bakıda təşkil ediləcək.

13:12

Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyev Rumıniyada keçiriləcək Avropa çempionatını buraxa bilər.

Bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, üçqat dünya və dördqat Avropa çempionu bütün diqqətini apreldə Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə yönəldib. Yanvarın 10-da Xorvatiyada startı veriləcək “Zaqreb Open”ə yollanmayan 32 yaşlı pəhləvan fevralın 12-18-si aralığında Buxarestdə təşkil olunacaq qitə birinciliyinə də yollanmaya bilər.

“Hacı Əliyevin Avropa çempionatında 65 kq çəkidə güləşməyəcəyi dəqiqdir. O, ən yaxşı halda 70 kq-da çıxış edə bilər. Ancaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşmaq üçün Avropa çempionatını buraxması da istisna deyil”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Hacı Əliyev üçqat dünya (2014, 2015, 2017) və dördqat Avropa (2014, 2018, 2019, 2023) Avropa çempionudur.

Son xəbərlər

Orphus sistemi