Azərbaycan Güləş Federasiyası sərbəst güləşçi Vaxit Qalayevin antidopinq qaydalarını pozması səbəbindən 48 aylıq diskvalifikasiya olunmasına münasibət bildirib.
Federasiyanın mətbuat katibi Sərxan Musayev "Report"a açıqlamasında idmançının artıq millidən kənarlaşdırıldığını söyləyib.
Qurum rəsmisi V.Qalayevin apelliyasiya şikayətinin təmin olunmadığını vurğulayıb:
"Məlum dopinq hadisəsindən sonra Vaxit artıq yığmanın üzvü deyil. Ötən il Azərbaycan çempionatından sonra ondan götürülən test nümunələri müsbət çıxıb. İdmançı apellyasiya şikayəti versə də, təmin olunmayıb. Nəticədə 4 illik diskvalifikasiyaya məruz qalıb".
Qeyd edək ki, cəzaya səbəb kimi 125 kq çəki dərəcəsində çıxış edən pəhləvanın nümunəsində qadağan olunmuş S4.Hormon və Metabolik Modulyatorlar/anastrozole maddələrinin və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu göstərilib. O, sonuncu dəfə 2023-cü ilin dekabrında Azərbaycan çempionatında çıxış edib.