Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun ikinci günündə Azərbaycan təmsilçiləri növbəti çıxışlarını ediblər.
"Report"un məlumatına görə, kişilərin mübarizəsində yığmanın lideri İvan Tixonov turnikdə hərəkətlərdə 13.366 xal toplayaraq 6-cı pillədə qərarlaşıb. Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı bu gün daha hərəkətdə - dəstəli at və dayaqla tullanmada məharətini nümayiş etdirəcək.
Tixonov ötən gün paralel qollarda (13.933 xal) 8-ci yeri tutub və finala yüksəlib.
Qadınlarda isə Samirə Qəhrəmanova və Milana Minakovskaya sərbəst hərəkətlərdə qüvvəsini sınayıb. Hakimlərdən 11.566 xal alan Qəhrəmanova 10-cu, Minakovskaya isə 10.600 xalla sonuncu - 15-ci sırada yer alıb.
Qeyd edək ki, Azərbaycan yarışda, həmçinin Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), Cavidan Babayev və Nikita Simovov (hər ikisi halqa) və MMənsum Səfərovla (sərbəst hərəkətlər) təmsil olunur.