Azərbaycan Gimnastika Federasiyası könüllülərin qeydiyyatına start verib

Azərbaycan Gimnastika Federasiyası könüllülərin qeydiyyatına start verib Azərbaycan Gimnastika Federasiyası (AGF) 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün könüllülərin qeydiyyatına start verib.
Fərdi
5 Noyabr , 2019 17:45
Azərbaycan Gimnastika Federasiyası könüllülərin qeydiyyatına start verib

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün könüllülərin qeydiyyatına start verib.

“Report” AGF-in rəsmi saytına istinadən xəbər verir ki, “Könüllülər Proqramı – 2020”yə seçilən şəxslər gələn il paytaxtda keçiriləcək bir neçə beynəlxalq və yerli yarışlarda könüllü kimi fəaliyyət göstərərək dil biliklərini təkmilləşdirməklə yanaşı, idman yarışlarının təşkili sahəsində təcrübə və yeni biliklər qazanacaqlar.

Könüllülərin yarışlarda fəaliyyətinin keyfiyyətli təşkili məqsədilə onlar üçün gimnastika yarışlarının təşkili, yarışların keçirilmə qaydaları, turnirlərin mahiyyəti üzrə ümumi təlim, yarışların keçiriləcəyi Milli Gimnastika Arenasının xidmət sahələri ilə tanışlıq, könüllülərin cəlb olunacağı xidmət sahələrinin fəaliyyəti haqqında təlim və seminarlar təşkil olunacaqdır.

AGF-in təşkil etdiyi beynəlxalq yarışlarda könüllülər müxtəlif sahələr üzrə fəaliyyət göstərəcəklər. Bunlara yarışların təşkili, mətbuat xidməti, akkreditasiya xidməti, tamaşaçılar xidməti, tərcümə xidməti, mükafatlandırma xidməti, nəqliyyat xidməti və digər sahələr daxildir.

Könüllülər, 2020-ci ildə Bakıda keçirləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku (15-16 fevral), idman gimnastikası üzrə 1-ci AGF Junior Trophy beynəlxalq turniri (7 və 8 mart), idman gimnastikası üzrə Dünya Kuboku (12-15 mart), bədii gimnastika üzrə Yana Batırşina adına açıq turnir (17-19 aprel), bədii gimnastika üzrə Dünya Kuboku (24-26 aprel), aerobika gimnastikası üzrə Ümumdünya Yaş Qrupları yarışları (8-10 may) və dünya çempionatı (14-16 may), kişi idman gimnastika üzrə Avropa çempionatında (27-31 may), o cümlədən daxili yarışlarda könüllü qismində çalışmaq fürsətləri əldə edəcəklər.

“Könüllülər Proqramı - 2020” layihəsinə qatılmaq istəyən şəxslər 30 noyabr 2019-cu il tarixinədək https://bit.ly/34u6KvG internet səhifəsinə daxil olaraq, elektron ərizə formasını doldurub, müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi