Azərbaycan gimnastı Rusiyada qızıl medal qazanıb

Fərdi
  • 22 fevral, 2018
  • 15:39
Azərbaycan gimnastı Rusiyada qızıl medal qazanıb

Bakı. 22 fevral. REPORT.AZ/ Batut gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Mixail Malkin Rusiyanın Yaroslavl şəhərində “Rusiya-Azərbaycan Dostluq Kuboku-2018” turnirində qızıl medal qazanıb.

“Report” xəbər verir ki, 22 yaşlı idmançı 79.2 xalla birinci olub.

Tamblinq cığırında növbəti medalı 11-12 yaşlı uşaqlar arasında çıxış edən Bilal Qurbanov əldə edib. O, final mərhələsində topladığı 59.8 xalla “bürünc”ə layiq görülüb.

44 - Tezliklə