Azərbaycan gimnastı Fransada bir dəst medal qazanıb

Azərbaycan gimnastı Fransada bir dəst medal qazanıb Marina Durunda gürzlərlə yarışda qızıl, lentlə gümüş, halqa ilə mübarizədə bürünc medala sahib olub
Fərdi
23 Mart , 2015 18:44
Azərbaycan gimnastı Fransada bir dəst medal qazanıb

Bakı. 23 mart. REPORT.AZ/ Fransanın Tye şəhərində bədii gimnastika üzrə Qran-pri yarışı başa çatıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan gimnastı Marina Durunda yarışda bir dəst medal qazanıb.

Gimnastımız gürzlərlə yarışda qızıl, lentlə gümüş, halqa ilə mübarizədə bürünc medala sahib olub.

Azərbaycanın qrup komandası isə ikinövçülükdə üçüncü olub.

Son xəbərlər

Orphus sistemi